Alaba ən yaxşı seçildi
08.10.2022 - 17:00
“Real”ın futbolçusu David Alaba növbəti mükafatını qazanıb.
Apasport.az saytının məlumatına görə, müdafiəçi Avstriyanın ən yaxşı idmançısı adına layiq görülüb.
Alaba Niki Lauda mükafatına sahib çıxıb. Bu mükafat əfsanəvi avtomobil pilotunun adını daşıyır.
David bu uğuru 3-cü dəfə qazanıb. O, 2013-cü və 2014-cü illərdə də ən yaxşı seçilib. O, 8 dəfə ilin futbolçusu adını əldə edib.
Qeyd edək ki, Alaba səsvermədə Pekin-2022-nin olimpiya çempionları Mattias Mayer və Yohannes Ştroltsu qabaqlayıb.
- Azərbaycan "BRICS Sports Games Kazan 2024"ü 34 medalla başa vurub
- Donald Gerye: “Qarabağ” geridönüş edərək “Dinamo” səddini keçəcək" - Açıqlama
- "Fənərbaxça" "Milan"ın hücumçusu ilə maraqlanır
- Aziz Yıldırım rəsmən işə başlayır – Mandat mərasimi çərşənbə günü
- Qurban Qurbanov: “Ayaks” əvvəlki 5 oyunda edə bilmədiyini bu gün etdi”
0
0