Albaniya millisi baş məşqçisi ilə müqaviləni uzadıb
25.07.2024 - 13:17
Albaniya millisi baş məşqçisi Silvinyo ilə müqavilə müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə Albaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 50 yaşlı mütəxəssis 2025-ci ilin sonuna kimi albanlara rəhbərlik edəcək.
Albaniya millisi braziliyalı çalışdırıcının rəhbərliyi altında Almaniyada keçirilən son Avropa çempionatında iştirak edib. Komanda İspaniya, İtaliya və Xorvatiyanın yer aldığı qrupda 1 xal toplayaraq sonuncu olub.
Qeyd edək ki, Silvinyo 2023-cü ilin yanvarından bu vəzifədə çalışır.
- Toni Kroos: “Millətlər Liqası nəyə lazımdır?”
- Faiq Hacıyev: “Turan Tovuz”da meydana çıxacağım bütün görüşlərdə ən yaxşısını edəcəm" - MÜSAHİBƏ
- Hakimi təhqir etdi - 4 oyun kənarda qalacaq
- III MDB Oyunları: Azərbaycanın daha iki stolüstü tennisçisi gümüş medal qazanıb
- “Qəbələ”nin braziliyalısı: “Mövsümə yüksək hərarətlə başladıq”
0
0