Alfonso Deyvis DÇ-2022-yə hazır olacaq
06.11.2022 - 22:51

“Bavariya”nın müdafiəçisi Alfonso Deyvis Qətərdə keçiriləcək dünya çempionatına yollana biləcək.
Apasport.az saytının məlumatına görə, 22 yaşlı oyunçunun zədəsinin tezliklə sağalacağı açıqlanıb.
Kanada millisinin üzvü Almaniya Bundesliqasının XIII turunun “Herta” ilə oyununda (3:2) ayağından zədələnib. O, Münhen klubunun qarşıdakı iki görüşünü buraxacaq. Lakin DÇ-2022-yə qədər bərpa oluna biləcək.
Qeyd edək ki, Alfonso Deyvis 2018-ci ildən “Bavariya”da oynayır. Qətərdəki dünya çempionatı noyabrın 20-də start götürəcək. Kanada ilk oyununu noyabrın 23-də Belçikaya qarşı keçirəcək.
- "Mançester Yunayted" gənc futbolçu üçün 85 milyon avro təklif edir
- FİFA köklü dəyişikliklərə gedir – qərarın tətbiqinə 2 gün qaldı
- Portuqaliyalı futbolçu: “Klublarınız “Qarabağ”ın etdiklərindən ruhlanmalıdır” - MÜSAHİBƏ
- Qadın millimiz yarımfinalda
- Lamiyə Vəliyeva: "Dördqat dünya çempionu olmaq mənim üçün qürurvericidir"
0
0