Türkiyə Futbol Federasiyasının (TFF) sabiq vitse-prezidenti Lütfi Arıboğan və daha üç keçmiş rəhbər şəxs “İdmanda FETÖ əməliyyatı” çərçivəsində saxlanılıb.
Apasport.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu keçmiş milli basketbolçu və sabiq TFF-nin vitse-prezidenti Lütfi Arıboğan, Türkiyə Milli Olimpiya Komitəsinin sədri Ahmet Gülüm, hüquqşünas-professor İlhan Helvacı və sabiq TFF baş katibi Ebru Köksal barəsində saxlanılma qərarı verib.
Onlar “FETÖ/PDY silahlı terror təşkilatına yardım” və “istintaqın məxfiliyini pozma” maddələri ilə ittiham olunurlar.
İddialara görə, “Fənərbaxça” klubunun sabiq prezidenti Ali Koç iş üzrə şikayətçi qismində çıxış edir.
- “Heydər Əliyev kuboku-2026": Qız boksçulardan ibarət millimiz 17 medalla komanda hesabında birinci olub
- “Neftçi” - “Sabah” matçında hesab açılmadı - YENİLƏNİB
- Messi 1/8, 1/4 və 1/2 finalda qol vuran 6-cı futbolçu oldu
- Ölkə çempionatında 20 şahmatçı mübarizə aparır
- “Arsenal”ın 2 futbolçusu Səudiyyə Ərəbistanına keçə bilər