"Fənərbaxça" camiəsində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın əfsanəvi futbolçusu Ogün Altıbarmaq vəfat edib.
Sabiq oyunçu 86 yaşında dünyasını dəyişib.
O, karyerası ərzində "Karşıyaka", "Fənərbaxça", "Vaşinqton Uips" və Türkiyə millisinin şərəfini qoruyub.
Altıbarmaq 1986-88-ci illərdə "sarı-lacivərdlilər"in icraçı direktoru vəzifəsində də çalışıb.
Mərhum ötən aylarda "Fənərbaxça" prezidenti Ali Koçla mübahisə etmişdi. O, klub rəhbərinə "yeznəniz "Qalatasaray"da deyil? Bəzi şeyləri ondan soruşun", - deyə müraciət edib. Koç isə ona "Fənərbaxça" sən və sənin kimilər üzündən dibə çəkilir. Rəbbim klubu sizin kimilərdən qorusun", - deyə cavab verib.
- Aftandil Hacıyev: “Belə nəticələr dünya çempionatlarında nadir hallarda olur”
- Valdas Dambrauskas: "Milli fasilə oyun ritmimizə təsir etdi"
- İngiltərə Liqa Kuboku: “Arsenal” finalın bir addımlığında
- İngilis klubları "Roma"nın futbolçusunu istəyir
- "Qarabağ"ın prezidenti: “Qarabağ” ailəsi olaraq çox kədərliyik”