Alkantara futbolçu karyerasını başa çatdıra bilər
25.05.2024 - 12:59
"Liverpul"un və "Bavariya"nın sabiq yarımmüdafiəçisi Tiaqo Alkantara peşəkar karyerasını başa vura bilər.
Apasport.az "Diario AS"a istinadla məlumat verir ki, Kataloniya "Barselona"sının yeni baş məşqçisi Hans-Diter Flik 33 yaşlı ispaniyalını onun köməkçisi olmağa dəvət edib.
Xatırladaq ki, Alkantara vaxtilə “Bavariya”da Flikin rəhbərliyi altında çalışıb.
İngiltərə Premyer Liqasının cari mövsümündə Alkantara müxtəlif zədələr səbəbindən cəmi bir matça çıxıb.
- Paris-2024: Sabah Şəriəti yarımfinalda məğlub oldu - YENİLƏNİB
- Rahil oynadı, komandası növbəti tura yüksəldi
- Gənc taekvondoçular arasında Azərbaycan Kubokuna start verilib
- Daha bir İtaliya klubu baş məşqçisi ilə yollarını ayırıb
- Şahin Diniyev: “0:4 hesablı məğlubiyyət “Neftçi” üçün dönüş nöqtəsi ola bilər” - MÜSAHİBƏ
0
0