İtaliya A Seriyası komandalarından “Napoli” heyətini gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, İtaliya təmsilçisi hazırda icarə əsasında Türkiyənin “Fənərbaxça” klubunda çıxış edən Allan-Sen Maksimeni transfer etmək istəyir.
Bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.
Bildirilib ki, neapollular oyunçu üçün Səudiyyə Ərəbistanı komandası “Əl-Əhli” ilə danışıqlar aparır.
“Napoli” forvardı mövsümün sonuna kimi icarəyə götürmək niyyətindədir.
Qeyd edək ki, Maksimen bu mövsüm “Fənərbaxça”nın heyətində iştirak etdiyi 24 rəsmi matçda 3 qol, 4 assistlə yadda qalıb.
- Hüseyn Məhəmmədov “Neftçi”nin uğurlu seriyasının sirini açıqladı - MÜSAHİBƏ
- "Karvan-Yevlax" - "Kəpəz" görüşünün baş hakimi dəyişib
- Skandal: "Neftçi"nin futbolçusu azarkeşlərə butulka atıb
- Tahir Baxşıyev: “İkinci oyun daha çətin olacaq”
- Teymur Rəcəbov Azərbaycan millisində Olimpiadada iştirakdan imtina etdi