
“Milan”ın yeni baş məşqçisi Massimiliano Alleqri yerli mətbuata bir sıra açıqlamalar verib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis Rafael Leao, Mayk Menyan və komanda ilə adı hallanan Luka Modriç barədə fikirlərini bölüşüb:
“Rafael Leaonun komandaya qatacağı çox şey var. O, karyerasının zirvəsinə çatacaq yaşdadır. O, bizimlə davam edəcək".
Komandadan ayrılması gündəmdə olan Mayk Menyanla bağlı isə o, bunları deyib:
“O, Avropanın ən yaxşı qolkiperlərindən biridir. Mən xoşbəxtəm ki, kapitanımız komandada qalmağı seçdi”.
Alleqri, həmçinin “Milan”la adı hallanan Luka Modriç haqqında da danışıb:
“Çox güman ki, Luka avqust ayında bizə qoşulacaq. Hazırda o “kral klubu” ilə Klublararası Dünya Çempionatında iştirak edir”.
Qeyd edək ki, Massimiliano Alleqri 2024-cü ildə “Yuventus”la yollarını ayırdıqdan bir il sonra “Milan”ın baş məşqçisi təyin olunub.