Alleqri Serbiya millisini çalışdırmaq istəyir
28.06.2024 - 17:32
"Yuventus"un və "Milan"ın sabiq baş məşqçisi Massimiliano Alleqri Serbiya millisinə rəhbərlik edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
Alleqri bu ilin mayında "Yuventus"u tərk edib. Turinlilər onun rəhbərliyi altında bütün turnirlərdə 149 oyunda 80 dəfə qalib gəlib, 34 heç-heçə edib, 35 matçda isə məğlub olub.
Serbiya millisi iyunun 25-də Danimarka yığması ilə AÇ-2024-ün qrup mərhələsinin son oyununa çıxıb. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Bununla da, serblər qitə çempionatının pley-offuna yüksələ bilməyiblər.
- "Vüqar Həşimov" Avropa Kubokunda İsrail klubu ilə qarşılaşacaq
- Avarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcəklər
- Ayxan Abbasov: "Rəhbərliyə söz vermişəm, bacarmasam, çıxıb gedəcəm"
- Çempionlar Liqası: "Atletiko"dan qələbə, "Aston Villa"nın seriyası qırıldı - YENİLƏNİB
- Dina seçim etdi: Messi, yoxsa Ronaldo?
0
0