Almaniyalı futbolçu Sebastian Hertner Monteneqroda xizək tətili zamanı faciəvi şəkildə həyatını itirib.
Apasport.az xəbər verir ki, 34 yaşlı Sebastian Hertner Monteneqronun şimalında yerləşən Savin Kuk xizək kurortunda mindiyi kanat yolunun kreslosunun qəfil qopması nəticəsində təxminən 70 metr yüksəklikdən yıxılaraq həlak olub.
Hadisə zamanı onunla birlikdə olan həyat yoldaşı isə yıxılmadan sağ çıxsa da, zədələnmiş kresloda ilişib qalıb. Qadın ciddi xəsarətlər alıb, ayağı sınıb və xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Sebastian Hertner "Ştutqart", "Şalke", "Darmştadt", "1860 Münhen" kimi klublarda çıxış edib. 34 yaşlı müdafiəçi Almaniyanın U-19 millisində 5 oyun keçirib.
- Valdas Dambrauskas: “Mərhələni keçmək şansımız var”
- Azər Bağırov: “Gələn mövsüm burada qalıb-qalmayacağımızı bilmirik”
- III MDB Oyunları: Qırğızıstan çövkən yığması bürünc medal qazandı
- “Qarabağ”ın təşkilatçılığı ilə Milli Mətbuatın 150 illiyinə həsr olunan futbol turniri keçirilib - FOTO
- "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB