Almaniyadan Fransaya köçür
05.07.2022 - 18:02
Mönhenqladbax “Borussiya”sının hücumçusu Brel Embolo Fransaya köçməyə hazırlaşır.
Apasport.az saytının məlumatına görə, İsveçrə millisinin futbolçusu “Monako” ilə transfer danışığı aparır.
Fransızlar 25 yaşlı forvardın keçidi müqabilində Almaniya klubuna ilk olaraq 10 milyon avrodan bir qədər çox pul təklif edib. Klublar yaxın müddətdə anlaşması gözlənilir. Çünki Embolo özü də “Monako”ya keçməkdə maraqlıdır.
Qeyd edək ki, Brel Embolo ötən mövsüm 31 oyunda 11 qol vurub, 6 məhsuldar ötürmə verib.
- "Çelsi"nin baş məşqçisi Qurban Qurbanov haqda: "17 il ardıcıl eyni klubu çalışdırmaq heyrətamiz bir şeydir"
- Danimarka millisinin Bakıya gələcək heyəti açıqlanıb
- Mbappe ÇL tarixində ilkə imza atıb
- “Neftçi” Futbol Mərkəzində inzibati binanın təmiri başlandı
- “Neftçi” Qəbələ səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
0
0