Almaniyanın yeni baş məşqçisi məlum oldu
19.09.2023 - 15:25
Almaniya millisinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.
Apasport.az saytı xəbər verir ki, Bundestimin sükanı arxasına Yulian Naqelsman keçib.
36 yaşlı mütəxəssislə anlaşma 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Alman məşqçinin ayda 400 min avro maaş alacağı bildirilir.
Qeyd edək ki, Naqelsman 2021-ci ilin iyulundan, 2023-cü ilin mart ayına kimi “Bavariya”ya rəhbərlik edib. Gənc məşqçi Münhen təmsilçisi ilə bir Bundesliqa çempionluğu, iki Almaniya kuboku qazanmağın sevincini yaşayıb.
- Fatih Terimin "Panatinaikos"dakı köməkçisi müəyyənləşdi
- Könül Mehdiyeva UEFA-dan təyinat alıb
- Yüksək Liqa: "Murov Az Terminal"dan inamlı qələbə
- Karateçimiz Tbilisidə keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb
- Nazim Əliyev: "Azərbaycan çempionatında yüksək yerləri həmişə yerli məşqçilərimiz tutub" - MÜSAHİBƏ
0
0