"Almeriya"dan antirekord
19.02.2024 - 09:14
“Almeriya” La Liqada antirekorda imza atıb.
Apasport.az xəbər verir ki, komanda çempionatın XXV turu çərçivəsində keçirilən görüşdə səfərdə "Qranada" (1:1) ilə bərabərliyə razı olub.
Bununla da qonaqlar İspaniya yüksək liqasında keçirdiyi 28-ci matçını da qalib gəlmədən başa vurub. Bu nəticə turnirin tarixinə ən uzun qələbəsizlik seriyası kimi düşüb.
Qeyd edək ki, “Almeriya” sonuncu dəfə La Liqada 2022/23 mövsümündə 3 xala sevinib. Ötən il mayın 20-nə təsadüf edən oyunda komanda "Malyorka"ya 3:0 hesabı ilə qalib gəlib.
- Cüdoçumuz Fransada keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək
- Azərbaycan deflimpiyaçılarından dünya çempionatında 7 medal
- Azərbaycan Beynəlxalq Universitet İdman Festivalında 10 boksçu ilə təmsil olunacaq
- Premyer Liqada mövsümün rəmzi heyəti: YALNIZ YERLİLƏR
- “Zirə”nin ilk rəqibi açıqlandı
0
0