Xabi Alonsonun "Real"dakı karyerası erkən başa çata bilər.
Apasport.az xəbər verir ki, klub rəhbərliyi La Liqada "Selta"ya məğlubiyyətdən sonra bu gün bir araya gəlib. Bu barədə "El Mundo Deportivo" nəşri məlumat yayıb.
Rəhbərlik ispaniyalı mütəxəssisə 1 oyunluq şans vermək qərarına gəlib. Komanda UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turunda "Mançester Siti"yə uduzsa, 44 yaşlı məşqçi ilə yollar ayrılacaq.
Qeyd edək ki, Xabi Alonso mövsümün əvvəlində "Real"ın baş məşqçisi vəzifəsinə təyin olunub. Madrid təmsilçisi La Liqada 16 turdan sonra 36 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Onlar lider "Barselona"dan 4 xal geri qalırlar. "Kral klubu" Çempionlar Liqasında isə 5 oyunda 4 qələbə qazanıb, 1 dəfə məğlub olub.
- Heydər Əliyev kubokunun qalibləri bəlli olub
- Azərbaycan cüdoçuları Bad-Blankenburqda keçirilən beynəlxalq düşərgəyə qatılıb
- Canni İnfantino: "Rövnəq Abdullayev 16 il Azərbaycan futboluna uğurla xidmət edib"
- Yığmamız 10-cu dəfə Avropa çempionatında!!!
- Cüdo üzrə Liqa yarışının IV turu start götürüb - FOTO