Amorim onu komandada saxlamaq istəyir
09.05.2025 - 15:44
“Mançester Yunayted” adı Səudiyyə Ərəbistanı təmsilçisi “Əl Hilal”la hallanan yarımmüdafiəçisi Bruno Fernandesi buraxmaq istəmir.
Apasport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ruben Amorim açıqlama verib. İngiltərə mətbuatına danışan mütəxəssis Brunonun transferinə icazə verməyəcəklərini bildirib:
“Fernandes bizim kapitanımızdır və onun qalması üçün hər şeyi edəcəyik”.
30 yaşlı futbolçunun “qırmızı şeytanlar”la müqaviləsi 2027-ci ilin yayına kimidir. O, bu mövsüm 52 oyunda 19 qol vurub, 18 məhsuldar ötürmə edib.
- Bakıda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə beynəlxalq təlim sessiyalarına start verilib
- "Real"ın fransalı futbolçuları "Liverpul"la matçda oynaya biləcək
- “Sabah” son matçda məğlub oldu
- “Baku Open - 2024”də 300-dən çox şahmatçı iştirak edəcək
- Messi və Suarez ötürmə etdi, "İnter Mayami" qələbə qazandı
0
0