Amrabat İtaliya klubunun radarında
14.06.2025 - 14:28
Amrabat İtaliya klubunun radarında

İcarə əsasında “Fənərbaxça”da çıxış edən Sofyan Amrabat İtaliya klubunun radarına düşüb. 

Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, “Atalanta” 28 yaşlı futbolçunu yay transfer planlarına daxil edib.

2024/25 mövsümündə İstanbul təmsilçisində icarə əsasında çıxış edən mərakeşli futbolçu “Fiorentina”ya qayıdıb.

Amrabat daha əvvəl “Fiorentina” və “Verona” forması ilə İtaliya çempionatında 100-dən çox oyuna çıxıb. O, “Fənərbaxça”nın heyətində 39 oyunda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.