Amrabata Premyer Liqadan təklif
17.12.2022 - 17:39
Mərakeş millisinin futbolçusu Süfyan Amrabat karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, “Fiorentina”nın yarımmüdafiəçisi “Totenhem”in transfer siyahısına düşüb.
London klubu bu keçidi qış transfer pəncərəsində reallaşdırmaq istəyir. Artıq bunun üçün təklif də hazırlanıb. Transferin 30-35 milyon avroya gerçəkləşəcəyi gözlənilir. 26 yaşlı futbolçunun İtaliya klubu ilə anlaşması 2024-cü ilin yayında başa çatacaq. Həmçinin onu "Liverpul" da istəyir.
Qeyd edək ki, Süfyan Amrabat cari mövsüm Florensiya təmsilçisində 20 oyun keçirib.
- UEFA “Qarabağ”ın futbolçusunu cəzalandırdı: "Braqa" ilə görüşü buraxacaq
- Basketbol Federasiyası uşaq basketbol məşqçilərinə sertifikatlarını təqdim edib
- Azərbaycanda “Ədalətli İdman Ayı – 2026” elan olundu
- Paris-2024-də ilk medalçılar bəlli olub
- Qurban Qurbanov Xabi Alonso ilə görüşmək üçün Almaniyaya getdi
0
0