Anası tələb etdi, klubu transferə çıxardı
19.06.2022 - 00:02
“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo komandasını dəyişmək fikrinə düşüb.
Apasport.az saytının məlumatına görə, futbolçu bu barədə rəhbərliklə görüşüb.
Artıq turinlilər də onu transferə çıxarmaq qərarına gəlib. Bu tələb 27 yaşlı orta sahə oyunçusunun menecerliyini edən anası Veronikadan gəlib. İtalyanlar onu 15 milyon avroya satmağa hazırdır. Premyer Liqanın bir neçə təmsilçisi Fransa millisinin üzvü ilə maraqlanır.
Qeyd edək ki, Adrien Rabyo 2019-cu ildən “Yuventus”da çıxış edir. O, ötən mövsüm A seriyasında 32 oyunda 2 məhsuldar ötürmə verib.
- Bu gün futzal üzrə Azərbaycan Kubokuna yekun vurulacaq
- Mahir Emrelidən Çempionlar Liqasında uğursuz debüt
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- A Seriyası: “Napoli” “Yuventus”u məğlub edib
- Elşən Mirzəyev: “Dünya çempionatında iştirak üçün müraciətlər daxil olmaqdadır”
0
0