Ançelotti Arda Gülərin gələcəyi ilə bağlı qərar verib
04.03.2024 - 15:57
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Arda Gülərin yaxın gələcəyi ilə bağlı qərar verib.
Apasport.az insayder Ramon Alvaresə istinadla xəbər verir ki, italiyalı çalışdırıcı hesab edir ki, karyerasının bu mərhələsində gənc futbolçu müntəzəm oyun praktikası üçün icarəyə getməlidir.
Bu mövsüm Gülər “kral” klubunun formasıyla cəmi 5 oyunda iştirak edib və qol vurmayıb.
Qeyd edək ki, tərəflər arasında mövcud müqavilə müddəti 2029-cu ilin yayına qədərdir. Yarımmüdafiəçinin bazar dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.
- Argentinalı hücumçu “İnter”də qalacaq
- Vidadi Rzayev: “Sənədi necə dəyişdiriblər, getsin İlqar Nadiri cavab versin” - Eksklüziv
- "Dəmir adam" Azərbaycanda federasiya prezidenti seçildi
- Millimizin futbolçusu: “Xallar qazanmaqdan başqa yolumuz yoxdur”
- Tural Piriyev: "Mingəçevir"in I Liqadakı yerini qoruyub saxlaması əsas hədəfdir"
0
0