Ançelotti "Real"da baş məşqçi kimi 150-ci qələbəsini qazanıb
20.01.2025 - 09:37
Karlo Ançelotti İspaniyanın "Real" klubunda baş məşqçi kimi 150-ci qələbəsini qazanıb.
Apasport.az "Opta"ya istinadən xəbər verir ki, yubiley qalibiyyəti La Liqanın XX turunda "Las Palmas"la oyuna (4:1) təsadüf edib.
O, İspaniya çempionatında bu rəqəmə çatan 22-ci mütəxəssisdir. Paytaxt təmsilçisini baş məşqçi kimi 210 qarşılaşmaya çıxaran Ançelotti bunların 34-də heç-heçə edib, 26-da isə məğlub olub.
"Kral klubu"nun tarixində rekord Migel Munyosa (257) məxsusdur.
Qeyd edək ki, "Real" 46 xalla La Liqada liderdir.
- AFFA-nın əməkdaşı UEFA-nın seminarında iştirak etdi
- Dünya çempionatında komanda sayı 32-dən 48-ə artırılıb
- "Azərreyl" və "Murov Az Terminal"a qarşı
- Azərbaycanın yeniyetmə şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər
- Çempion taekvondoçumuz: "Avropa çempionatından qızıl medalla dönəcəyimə inanıram"
0
0