“Anderlext”də yeni dövr - Vitor Bruno ilə müqavilə imzalandı
24.06.2026 - 00:56
“Anderlext”də yeni dövr - Vitor Bruno ilə müqavilə imzalandı

“Anderlext”in yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Belçika təmsilçisi komandanı portuqaliyalı mütəxəssis Vitor Brunoya tapşırıb.

43 yaşlı məşqçi ilə imzalanan müqavilənin müddəti barədə rəsmi açıqlama verilməyib.

Vitor Bruno baş məşqçi kimi son olaraq “Portu”da çalışıb. O, 2024-cü ilin yayında komandanın sükanı arxasına keçsə də, 2025-ci ilin yanvarında vəzifəsindən ayrılıb.

Qeyd edək ki, Vitor Bruno məşqçilik karyerasının böyük hissəsində Serxio Konseysaonun köməkçisi olub. O, “Portu”, “Nant”, “Vitoriya Gimaraeş”, “Braqa”, “Olhanense” və digər klublarda köməkçi məşqçi kimi fəaliyyət göstərib.