Antoni “Yuventus”un radarında
13.05.2025 - 21:58
"Mançester Yunayted"in futbolçusu Antoni karyerasını İtaliyada davam etdirə bilər.
Apasport.az "The Mirror"a istinadən xəbər verir ki, "Betis"də effektiv performansı ilə bir çox klubların diqqətini çəkən braziliyalını "Yuventus" istəyir.
"Qoca sinyora"nın rəhbərliyi artıq Antoni üçün "Mançester Yunayted"ə rəsmi təklif göndərib.
İngilislər onun üçün 50 milyon avro tələb edir.
Qeyd edək ki, Braziliya millisinin üzvü bu mövsüm "Betis"də 22 matça çıxıb, 8 qol vurub və 5 asist edib. Onun "Mançester Yunayted"lə müqavilə müddəti 2027-ci ilə qədərdir.
- Okan Buruk: "Məqsədimiz Avropa Liqasını qazanmaqdır"
- Samir Abasov: "Transfer olmasa belə, hədəfimizdən dönməyəcəyik"
- Təmsilçilərimiz "Mingəçevir reqatası-2024”də 24 medal qazanıblar
- Cüdo üzrə kişilər arasında Liqa yarışının I turu keçirilib - FOTO
- Azərbaycan Fransadakı "Böyük Dəbilqə"də 10 cüdoçu ilə təmsil olunacaq
0
0