“Real”ın yarımmüdafiəçisi Arda Gülər ötən mövsüm UEFA Çempionlar Liqasının ən yaxşı gənc futbolçusu kimi xüsusi mükafata layiq görülüb.
Apasport.az xəbər verir ki, türkiyəli futbolçu mükafatını Çempionlar Liqasının liqa mərhələsində “Real” – “İnter” matçından əvvəl “Santyaqo Bernabeu”da alıb.
Mükafatı 21 yaşlı yarımmüdafiəçiyə dünya futbolunun əfsanələrindən, “Real”ın sabiq oyunçusu Luiş Fiqu təqdim edib. Arda cəzası səbəbindən “İnter”lə qarşılaşmanın iştirak ərizəsində yer almayıb.
UEFA-nın rəsmi təsnifatında Arda 2025/26 mövsümünün “Mövsümün kəşfi” (“Revelation of the Season”) seçilib. Bu mükafat əvvəlki “Çempionlar Liqasında mövsümün ən yaxşı gənc futbolçusu” nominasiyasını əvəz edib.
Qeyd edək ki, Arda Gülər ötən mövsüm Çempionlar Liqasında “Real”ın heyətində 14 oyuna çıxıb, bunların 13-nə start heyətində başlayıb. Türkiyə millisinin üzvü 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Andrade: “Atletik"lə fərdi olaraq, "Heken"lə görüşdə isə komanda olaraq tarix yazdıq”
- "Mançester Siti"dən De Bruyneyə yeni təklif
- Türkiyəli hakim bu dəfə Çempionlar Liqası matçında "iz qoyub"
- "Azərreyl" "Abşeron"dan qisasını aldı
- AMADA "Böyük Dəbilqə" turnirində maarifləndirici təbliğat proqramı təşkil edib