
Türkiyəli məşqçi Arda Turan, "Şaxtyor”un baş məşqçisi kimi vəzifəsinin icrasına başlayıb.
Apasport.az xəbər verir ki, yeni təyinatdan sonra Turan bu gün komandası ilə ilk dəfə bir araya gəlib.
Klubun rəsmi məlumatına görə, tanışlıq toplantısı Donetsk təmsilçisinin təlim-məşq bazasında keçirilib.
Arda Turan həm futbolçular, həm də texniki heyətlə ilk tanışlığını reallaşdırıb, qarşıdakı mövsüm üçün planlarını qısaca bölüşüb.
Qeyd edək ki, keçən mövsüm (2024–25), Türkiyə Super Liqasının debütantı "Eyüpsor" Arda Turanın rəhbərliyi altında çıxdığı 36 oyunun ardından 53 xal toplayaraq turnir cədvəlini 6-cı pillədə tamamlayıb.