Argentina klubu İkardi ilə maraqlanır
01.11.2024 - 12:21
Argentinanın “River Pleyt” klubu “Qalatasaray”ın hücumçusu Mauro İkardi ilə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.
Argentina təmsilçisi yeni mövsüm üçün hücumçunun transferini planlaşdırır.
“River Pleyt” yeni mövsümdə daha iddialı olmaq üçün çalışmalara indidən başlayıb. Klubun skautları İkardini mövsümün sonuna kimi yaxından izləyəcək.
Argentinalı hücumçu bu mövsüm “Qalatasaray”la Super Liqada 7 oyunda 4 qol vurub.
- "Bayer"in qapıçısı: "Bakıda bizi çətin oyun gözləyir"
- “Xəzər Lənkəran”ın Redniki dəstəklədiyi kimi, “Neftçi” də Mutuya dəstək olsa..." - Müsahibə
- “Mançester Yunayted” Elanqanı yola salır
- “Sumqayıt”ın baş məşqçisi: “İdeal oynamasaq da, səliqəli çıxış etdik“
- “Qarabağ”ın futbolçusunun ürəyi dayandı – təcili xəstəxanaya çatdırıldı
0
0