Argentina millisinin üzvü “Çelsi”də - RƏSMİ
03.08.2026 - 09:32
“Çelsi” Argentina millisi və “Strasburq” klubunun yarımmüdafiəçisi Valentin Barkonu heyətinə qatıb.
Apasport.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Transferin maliyyə şərtləri açıqlanmasa da, 22 yaşlı futbolçu ilə 2033-cü ilin yayına qədər nəzərdə tutulan uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, Valentin Barko ötən mövsüm Fransa Liqa 1-də “Strasburq”un heyətində 27 oyunda meydana çıxıb və 2 qol vurub.
0
0