"Arsenal" ardıcıl 8 oyundur qol buraxmır
05.11.2025 - 10:39
“Arsenal” tarixində ilk dəfə ardıcıl 8 oyunu qapısından qol buraxmadan keçirib.
Apasport.az xəbər verir ki, Mikel Artetanın komandası bu gün Çempionlar Liqasında “Slaviya”ya 3:0 hesabı ilə qalib gəlib. Bundan əvvəl “topçular”a daha yeddi komanda qol vura bilməmişdi, sonuncu dəfə isə bunu sentyabrın sonunda “Nyukasl” bacarmışdı.
İngiltərə yüksək liqasında ardıcıl 8 oyunu qolsuz keçirən komandalar yalnız “Arsenal” (2025), “Liverpul” (1920) və “Preston” (1889) olub.
Qeyd edək ki, həftəsonu londonlular Premyer Liqada “Sanderlend”lə qarşılaşacaqlar.
- Metin Öztürk: “Düzgün bir idarəetmə seçsəydilər, belə hallar yaşanmazdı”
- Sadettin Saran: "Bu, mənə qarşı böhtan kampaniyasıdır"
- ABŞ-a buraxılmayan somalili hakim UEFA Super Kubokunun finalını idarə edəcək
- “Mançester Siti”nin 57 oyunluq seriyası QIRILDI
- Çempionlar Liqasının əsas mərhələsinin püşkü atılıb - YENİLƏNİB
0
0