"Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya
22.04.2025 - 10:43
"Arsenal" "Sportinq"lə danışıqlara başlayıb: Qyökereş addım-addım Premyer Liqaya

"Arsenal" hücum xəttini gücləndirmək istəyir

London "Arsenal"ı "Sportinq"lə danışıqlara başlayıb.

Apasport.az “Football Insider”ə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi isveçli hücumçu Viktor Qyökereşin transferində iddialıdır. 

“Topçular” artıq həm kluba, həm də oyunçuya uyğun konkret təklif göndərib. 

Viktor Qyökereş bu mövsüm neçə qol vurub?

Xatırladaq ki, bu mövsüm futbolçu bütün turnirlərində 46 oyun keçirib, 47 qol vurub və 11 məhsuldar ötürmə edib.

Viktor Qyökereşin "Sportinq"lə müqavilə müddəti nə vaxt bitir?

Onun "Sportinq"lə hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir və 26 yaşlı futbolçunun transfer dəyəri 75 milyon avrodur.

Qeyd edək ki, “Arsenal”ın forvard uğrunda mübarizədə bir çox rəqibi var. Avropa nəhəngləri macar əsilli isveçlinin transferində maraqlıdır.