"Arsenal" və "Tottenhem" növbəti dəfə transfer yarışında
25.08.2025 - 15:37
"Arsenal" "Bayer Leverkuzen"in müdafiəçisi Pyero Hinkapini heyətinə qatmaq istəyir.
Apasport.az xəbər verir ki, "topçular" bu dəfə də "Tottenhem"in hədəfində olan oyunçunu rənglərinə bağlamaq niyyətindədir.
"Spurs" ekvadorlu futbolçunun 60 milyon avroluq satınalma maddəsini aktivləşdirmək şərti ilə icarəyə götürməyi planlaşdırır.
Həmçinin Londonun digər klubu "Arsenal" oyunçu ilə danışıqlara start verib.
Qeyd edək ki, "topçular" bundan öncə də "Tottenhem"in əsas hədəfi olan Ebereçi Ezeni heyətinə qatıb.
- Abdulla Xaybullayev: "Məğlubiyyət hamımız üçün gözlənilməz oldu" - Müsahibə
- İtaliya millisinin sabiq qapıçısı idman direktoru olub
- “Rapid”in baş məşqçisi: “Neftçi”nin böyük üstünlüyü var”
- "Lənkəran"ın legioneri: "Birlikdə oynadıqca komandamız daha güclü və yaxşı olur"
- Çempionlar Liqası: Tarixə düşənlər, rekord vuranlar
0
0