"Arsenal"da yeni qapıçı - RƏSMİ
09.07.2026 - 17:48
“Arsenal” heyətini yeni qapıçı ilə gücləndirib.
Apasport.az xəbər verir ki, London klubu “Lids”dən ayrılan İllan Melyeni transfer edib.
26 yaşlı fransalı qolkiper “topçular”a azad agent kimi keçib. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Melye “Lids”də 7 mövsüm keçirib. O, İngiltərə klubunun heyətində bütün turnirlərdə 215 oyuna çıxıb və bunların 70-də qapısını toxunulmaz saxlayıb.
Fransalı qapıçı “Loryan”ın yetirməsidir. O, bu klubun əsas komandasında Liqa 2-də bir mövsüm forma geyinib.
- Azərbaycan millisinin UEFA İnkişaf Turniri üçün heyəti və oyunlarının təqvimi müəyyənləşib
- Yarımfinal mərhələsinin cavab oyunlarının tarixi bəlli oldu
- İngiltərə millisinin üzvü əməliyyat olundu - MÖVSÜMÜ BAĞLADI
- "Fənər"dən NBA-ya - Biberoviç “Dallas Maveriks”də
- Filip İvanoviç: "Renduliç qrup mərhələsinə çatmağın düzgün formulunu bilir" - Müsahibə
0
0