Çempionlar Liqasının 1/4 final mərhələsində Londonun “Arsenal” klubu doğma meydanda “Real Madrid”i qəbul edib.
Apasport.az xəbər verir ki, “Arsenal” 3:0 hesabı ilə qalib gəlib.
Bu nəticə ilə birlikdə London klubu Çempionlar Liqasında çıxdığı ardıcıl 7-ci matçda da məğlub olmayıb.
“Arsenal” sözügedən matçdan sonra 2004/2005 mövsümündən bəri ən uzun məğlubiyyətsizlik seriyasını reallaşdırıb. Komanda cari mövsüm keçirdiyi son 7 qarşılaşmanın 6-da qələbə qazanıb, 1-də isə heç-heçə edib.
Xatırladaq ki, Mikel Artetanın yetirmələri sonuncu dəfə Liqa mərhələsinin IV turunda "İnter"ə məğlub olublar - 1:0.
Qeyd edək ki, "Real Madrid"lə cavab oyunu aprelin 16-da Madriddə baş tutacaq.
- “Lənkəran” “Sumqayıt”a, “Quba” isə “Sərhədçi”ni məğlub edib
- Xizəkçilərimiz Türk Dövlətləri Kubokunda iki medal qazanıblar
- “Tottenhem” Hekkedən "əl çəkmir" – De Zerbi keçiddə israrlıdır
- Yamal üçün futbol tarixinə düşəcək təklif
- Premyer Liqada növbəti mövsümün transfer pəncərələrinin vaxtı müəyyənləşdi