"Arsenal"dan tarixi qələbə
24.11.2024 - 10:47
Premyer Liqada “Nottingem Forest”i 3 qolla məğlub edən “Arsenal” 4 oyundan sonra meydanı qələbə ilə tərk edib.
Apasport.az xəbər verir ki, "Arsenal" matçın 15-ci dəqiqəsində Bukayo Sakanın qolu ilə önə keçib, 52-ci dəqiqədə isə Tomas Partey fərqi ikiyə çatdırıb. Qarşılaşmanın 86-cı dəqiqəsində Ethan Nvaneri hesabı müəyyənləşdirib.
Bu matçla "Arsenal" İngiltərənin yüksək liqalarında (Premyer Liqa və 1-ci Liqa) qalibiyyət sayını 2000-ə çatdırıb.
"Arsenal" tarixdə bu uğura imza atan ikinci komanda olub. 2068 qələbə ilə "Liverpul" liderdir.
- Çexiyalı məşqçi: “O, gülləkeçirməz olduğunu “Qarabağ” önündə sübut etdi”
- Premyer Liqa klubunda ayrılıq - RƏSMİ
- Rəşad Sadıqov: “Yarımfinaldansa, 1/4 finalda uduzmaq daha yaxşıdır” - MÜSAHİBƏ
- Millimizin üzvü oynadı, komandası məğlub oldu
- Mahir Emreli: "Daha çox oynasaydım, nəsə etmək olardı" - Müsahibə
0
0