“Arsenal”ın futbolçusu Liqa 1 klubuna keçib
23.01.2026 - 23:37
“Arsenal”ın futbolçusu Etan Nvaneri karyerasını Fransada davam etdirəcək.
Apasport.az xəbər verir ki, “Marsel” ingiltərəli yarımmüdafiəçini heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı oyunçu mövsümün sonunadək Liqa 1 təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, Etan Nvaneri “Arsenal”ın yetirməsidir. İngiltərə U-21 millisinin üzvü bu mövsüm “topçular”ın heyətində çıxış etdiyi 12 rəsmi matçda 1 qolla yadda qalıb.
- İslamiada: Daha bir cüdoçumuz bürünc medal qazanıb - FOTO
- "Sumqayıt" - "Turan Tovuz" matçının biletləri satışa çıxarılıb
- "Qalatasaray" qol oldu yağdı: Yoxlama matçında 7 qol
- Valdas Dambrauskas: "Hakimin son saniyədəki qərarı bizə böyük zərər verdi”
- İdmançımız Nyu-Yorkda keçirilən beynəlxalq yarışda iştirak edib
0
0