“Arsenal”ın gözü “Ayaks”da
13.02.2023 - 17:24
“Arsenal” heyətinə yeni futbolçu qatmağı planlaşdırır.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Edson Alvaresin xidmətində maraqlıdır.
25 yaşlı meksikalı hazırda “Ayaks”ın şərəfini qoruyur. “Arsenal” onun transferi üçün yayda Niderland klubuna müraciət edəcək.
2019-cu ildən Amsterdam təmsilçisində çıxış edən Alvaresin müqaviləsi 2025-ci ildə başa çatacaq. Onun transfer qiyməti 35 milyon avro ilə dəyərləndirilir.
Qeyd edək ki, Edson cari mövsümün 27 matçında 1 qol vurub.
- İdmançılarımız dünya çempionatında çıxış edəcəklər
- Çimərlik voleybolu üzrə Azərbaycan çempionatında yarımfinalçılar bəlli olub
- Azərbaycan çimərlik voleybolu üzrə klub reytinqdə Avropada birincidir
- Azərbaycanın daha bir boksçusu Avropa çempionatının 1/4 finalında
- Filip İvanoviç: "İllərdir, "Qarabağ" Premyer Liqada favoritdir" - Müsahibə
0
0