"Braqa"nın baş məşqçisi Artur Jorje yerli mətbuata açıqlamasında "Qarabağ"la oyun barəsində danışıb.
Apasport.az xəbər verir ki, o, Portuqaliya çempionatının 23-cü turunda "Boavişta" ilə matçdan sonra keçirilən mətbuat konfransında Avropa Liqasında "Qarabağ"la mübarizələri haqda sualı cavablandırıb:
“Azərbaycana səfərdən sonra məşq zamanı komandada fiziki yorğunluq hiss olunur. Keyfiyyəti nəzərə alsaq, “Qarabağ”ı keçə bilərdik. İndi vəziyyətdən çıxmaq üçün nə edəcəyimizi bilirik. Bizim öz ambissiyamız var və hədəflərimizə çatmaq üçün mübarizəni davam etdirməliyik. Bəzi səhvlərimiz oldu və bunun cəzasını çəkdik. Artıq daha yaxşısını etməliyik”.
Xatırladaq ki, UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ" "Braqa"nı (4:2, 2:3) mübarizədən kənarlaşdırıb.
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib
- Azər Əliyev: “Tezliklə millidə debüt edəcəyimə inanıram” - MÜSAHİBƏ
- La Liqa klubu baş məşqçisi ilə müqavilə yeniləyib
- Türkiyəli məşqçi səhhəti ilə bağlı Azərbaycan klubunu tərk edib
- İngiltərə Premyer Liqası: "Arsenal"dan vacib 3 xal