"Aston Villa" 40 ildən sonra bunu bacardı
13.03.2025 - 14:22
"Aston Villa" 40 il sonra ilk dəfə Çempionlar Liqasının 1/4 finalında mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, Unay Emerinin baş məşqçilik etdiyi komanda ötən gün 1/8 finalın cavab oyunları çərçivəsində "Brügge"yə qalib gəlib - 3:0. İngiltərə təmsilçisi ilk görüşdə də Belçika klubunu üstələmişdi - 3:1.
"Aston Villa" sonuncu dəfə 1982/83 mövsümündə turnirdə 1/4 finala adlamağı bacarmışdı.
Qeyd edək ki, “Aston Villa” 1/4 finalda Fransa PSJ-si ilə qarşılaşacaq. İlk oyun aprelin 8-də, cavab matçı isə aprelin 15-də keçiriləcək.
- Vinisius Junior: "Qızıl Top"a Ən Real Namizəd
- Skarlatake: “Təklifləri var, amma “Neftçi” ilə çempionluq uğrunda mübarizə aparmaq niyyətindədir” - MÜSAHİBƏ
- ABL: “Neftçi” yenə “Sabah”a məğlub oldu
- Murat Dikmen: "Önəmli olan səhvlərimizdən dərs çıxarmaqdır"
- Sabiq “Xəzər Lənkəran”lı: “Olimpiakos” artıq xal qazanmalıdır”
0
0