“Aston Villa”nın futbolçusu “Fənərbaxça”nın hədəfində
28.12.2024 - 19:31
"Aston Villa"nın futbolçusu Ceyden Filocin komandanı tərk edə bilər.
Apasport.az xəbər verir ki, onun karyerasını Türkiyə Super Liqasında davam etdirmək ehtimalı var.
İngiltərəlinin xidmətində "Fənərbaxça" maraqlıdır. İstanbul təmsilçisi 22 yaşlı ön xətt oyunçusunu mövsümün sonuna kimi icarəyə götürmək istəyir.
"Fənərbaxça" rəhbərliyi qarşıdakı günlərdə İngiltərə klubu ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, "Aston Villa" Ceyden Filocini mövsümün əvvəlində "Hall Siti"dən transfer edib.
- Millimizin Danimarka ilə oyunlarının başlama saatı bəlli olub
- İlin ən yaxşı qadın futbol hakimi bəlli olub
- Qattuzo bildiyimiz kimi: Xorvatiyada canlı yayımı basdı - VİDEO
- Van Qal Belçika yığması haqda: “Həyat yoldaşımı inandırmalıdırlar”
- Rəşad Sadiqov: “Ən güclü milli hazırkı deyil, millinin vaxtları olub” - Müsahibə
0
0