“Atalanta” hücumçusuna qiymət qoydu
01.08.2022 - 00:01

“Atalanta” hazırkı transfer pəncərəsində hücumçusu Luis Muriellə yollarını ayıra bilər.
Apasport.az saytının məlumatına görə, Berqamo təmsilçisi futbolçusunu 15 milyon avroya satmağa hazırdır.
31 yaşlı kolumbiyalı uğrunda mübarizədə əsas namizəd “Yuventus” sayılır. Əvvəllər “Sampdoriya”, “Udineze”, “Sevilya” və “Fiorentina”da oynamış Murielin yenidən İtaliyada qalması gözlənilir.
Qeyd edək ki, Luis Muriel ötən mövsüm 39 matçda 14 qol vurub, 10 məhsuldar ötürmə verib.
- “Araz Naxçıvan” legionerlərindən narazıdır: Bukviçdən sonra o da gedir
- “Mançester Yunayted”in acınacaqlı halı - “qızıl top” üçün əzəli rəqibdən xahiş ediblər
- “Fənərbaxça” “Barselona”dan aldığı futbolçunu icarəyə göndərdi
- Lukaku “İnter”dən ayrıldı
- Azərbaycan taekvondoçularının 2024-cü ildə beynəlxalq yarışlarda qazandığı medalların sayı açıqlanıb
0
0