“Atalanta”da yeni müdafiəçi
18.08.2022 - 17:12
“Atalanta” heyətinə yeni futbolçu qatır.
Apasport.az saytının məlumatına görə, “Udineze”nin müdafiəçisi Brandon Soppi Berqamo təmsilçisinə keçəcək.
Transferlə bağlı razılıq əldə olunub. Müdafiəçi üçün 9 milyon avro ödəniləcək.
20 yaşlı fransalı tibbi müayinədən sonra müqavilə imzalayacaq. Onun anlaşması 5 illik olacaq.
Qeyd edək ki, Soppi ötən mövsüm 30 oyunda meydana çıxıb.
- Millimizin Avropa çempionatındakı rəqibləri müəyyənləşəcək
- "Fənərbaxça"da növbəti problem - Livakoviç sıradan çıxdı
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO
- Şahin Diniyev: "Məqsəd turnir cədvəlində irəliləmək qoyulub"
- “Barselona” Yamalla müqavilə yeniləyəcək
0
0