
Ötən gün UEFA Avropa Liqasında "Ayaks" - "Makkabi Təl-Əviv" matçında xaos yaşanıb.
Apasport.az xəbər verir ki, matçdan əvvəl və oyun zamanı İsrail azarkeşləri fələstinli tərəfdarlara hücum ediblər.
Matçdan öncə Valensiyadakı sel daşqınlarında həyatını itirənlər üçün 1 dəqiqəlik sükut zamanı israilli azarkeşlər fit çalaraq və şüarlar səsləndirərək etiraz ediblər.
İsrail hökuməti isə fələstinli tərəfdarların cavabı ilə böyüyən hadisələri öz tərəfdarlarının hücuma məruz qalması kimi təqdim etməyə çalışıb.
İsrailin xarici işlər naziri Gideon Saar açıqlamasında bu "hücumlar" nəticəsində 10 israilli azarkeşin yaralandığını iddia edib.
Qeyd edək ki, qarşılaşma Hollandiya klubunun 5:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
- Lisenziya Komissiyası "Qəbələ", "İmişli" və "Karvan" barədə qərar verdi - Yeni mövsümdə...
- Rəşad Sadıqov: "Qarabağ" üzərində ilk qələbə camiə üçün sevindiricir" - VİDEO
- Dünya çempionu “Mançester Yunayted” yolunda
- "Turan-Tovuz"dan üç qollu qələbə - YENİLƏNİB
- Valverde: “Titul üçün həyat yoldaşımı da verərəm”