Avstraliya millisi baş məşqçisi ilə vidalaşdı
20.09.2024 - 16:29
Qrem Arnold Avstraliya milli futbol komandasının baş məşqçisi postundan ayrılıb.
Apasport.az xəbər verir ki, bu barədə Avstraliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Arnold 2018-ci ilin iyulundan milliyə rəhbərlik edirdi və komandanı 2022-ci il dünya çempionatının final mərhələsinə çıxarmağa müvəffəq olmuşdu. Lakin 1/8 finalda Avstraliya Argentinaya məğlub olaraq turniri tərk etmişdi.
Bildirək ki, Avstraliya DÇ-2026-nın seçmə mərhələsində son iki oyunda Bəhreynə məğlub olub (0:1) və İndoneziya ilə heç-heçə edib (0:0).
- Azərbaycan çempionatının püşkü atılacaq
- Paris-2024 Yay Paralimpiya Oyunlarının açılış mərasimi keçirilib
- Azərbaycan Qran-prisi: "Formula 1"də üçüncü sərbəst yürüş başa çatıb - YENİLƏNİB
- “Neftçi”nin oyununun vaxtı dəqiqləşdi
- Voyislav Stankoviç: "Roman Qriqorçuk tez-tez toplantı keçirməyi sevir" - MÜSAHİBƏ
0
0