“Ayaks” 42 milyondan imtina etdi
22.08.2023 - 23:36
“Ayaks” Məhəmməd Kudusla bağlı növbəti təklifə “yox” deyib.
Apasport.az saytı xəbər verir ki, “Vest Hem” qanalı futbolçunu transfer etmək istəyir.
Konfrans Liqasının qalibi Amsterdam klubuna 42 milyon avro ödəməyə hazır olub. Amma “Ayaks”ı rəhbərliyi bu rəqəmlə razılaşmayıb. Onların daha yüksək rəqəm tələb etməsi “Vest Hem”i geri addım atmağa məcbur edib.
Qeyd edək ki, Hollandiya çempionatının ən yaxşı futbolçularından biri hesab olunan Kudusla qitənin bir çox klubları maraqlanır.
- Cüdoçumuzun hərəkəti 2022-ci ilin ən yaxşı anı seçilə bilər - VİDEO
- Adil Şükürov: "Uğura gedən yollar müxtəlifdir"
- "Eqnatiya"nın idman direktoru: "Vüsalın transferindən gəlir əldə etdik" - Özəl
- Portuqaliya millisinin üzvü “Qalatasaray”ın hədəfində
- Afrikada ardıcıl məşqçi istefaları - Bu dəfə Fil Dişi Sahili...
0
0