“Ayaks”da İSTEFA
30.05.2023 - 13:08

Edvin van der Sar “Ayaks”dan ayrılıb.
Apasport.az saytının məlumatına görə, bunu Amsterdam təmsilçisinin mətbuat xidməti açıqlayıb.
Futbol veteranı Niderland klubunun baş direktoru vəzifəsindən istefa verib. O, iyunun 1-də postunu təhvil verəcək.
Klubun Müşahidə Şurası sabiq qapıçıdan avqustun 1-dək vəzifəsində qalmağı xahiş etsə də, funksioner bunu cavablandırmayıb.
Qeyd edək ki, Van der Sar uğursuz mövsüm üzündən postundan ayrılıb. Çempionatı 3-cü yerdə başa vuran “Ayaks” mövsümü titulsuz bitirib.
- “Nottingem Forest” “Çelsi” ilə razılaşmanı pozdu
- “Rubin”in futbolçusu Azərbaycanla oyunlarda iştirak etmək istəmədi
- Millimizin oyunçusu: "Bura qrupdan çıxmaq üçün yox, çempion olmaq üçün gəlmişik" - Müsahibə
- Fərid Qayıbov Qırğızıstan səfirini qəbul etdi
- Bir gündə "Qarabağ" "Ayaks" matçına 18500 bilet satılıb
0
0