"Ayaks"da yeni baş məşqçi
14.06.2023 - 15:26
"Ayaks" yeni baş məşqçisini açıqlayıb.
Apasport.az saytı xəbər verir ki, Niderland klubuna 49 yaşlı Mauris Steyn rəhbərlik edəcək.
İyulun 1-dən işinə başlayacaq mütəxəssislə müqavilə 2026-cı ilə kimi nəzərdə tutulub.
BƏƏ-nin “Al Vahda” və Niderlandın bir çox komandasına rəhbərlik etmiş Maurisin qarşısında duran əsas vəzifə komandanı yenidən çempion etmək və avrokuboklarda uğurlu çıxışdır.
Qeyd edək ki, “Ayaks” son mövsümdə çempionatı 3-cü sırada tamamlayıb.
- "Qarabağ"ın İtaliya klubu ilə münasibətləri strateji tərəfdaşlığa çevrilir
- Oyun alqı-satqısı ilə ittiham olunan Kantariya: "Hər şey alt-üst oldu"
- "Real Madrid"dən fantastik geridönüş, "Yuve" və "Borussiya"dan qələbə - YENİLƏNİB
- I Liqa klubuna texniki məğlubiyyət verilib
- U-18 millimiz B divizionunda yerini qoruyub
0
0