Azardan vida qərarı
08.05.2023 - 19:08

Belçika millisinin və “Real”ın futbolçusu Eden Azar karyerasını bitirəcəyi vaxtla bağlı ilkin qərarını verib.
Apasport.az saytının məlumatına görə, 32 yaşlı vinger 2024-cü ilin yayında futbolla vidalaşmaq niyyətindədir.
O, “Real”la müqaviləsi bitdikdən sonra karyerasını bitirmək istəyir. ABŞ və Asiya klublarından təkliflər alan Azar Madridi tərk etmək fikrində deyil.
Qeyd edək ki, Eden 2019-cu ildə “Çelsi”dən “Real”a keçib.
- “Qarabağ” mövqeyini qorudu, “Neftçi” gerilədi
- Estoniya millisinin baş məşqçisi: “Azərbaycanla matçda xallarımızı qazanmağa çalışacağıq”
- Azərbaycan Karate Federasiyasında yeni təyinat - Prokuror vitse-prezident oldu
- ÇSKA 19 yaşlı əlcəzirli ilə anlaşdı
- Azərbaycan çempionatında yeni mövsümün püşkü atıldı
0
0