21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində İngiltərə ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib.
Apasport.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, qitə futbol qurumu görüşü Bosniya və Herseqovinadan olan referilərə həvalə edib.
“Azərsun Arena”da təşkil olunacaq qarşılaşmanın baş hakimi Antoni Bandiç olacaq. Ona Amer Maciç və Boris Duymoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mateo Musa yerinə yetirəcək.
Qeyd edək ki, martın 22-də keçiriləcək Azərbaycan – İngiltərə oyunu saat 16:00-da başlayacaq. Yığmamız bundan dörd gün sonra eyni məkanda Ukraynanı qəbul edəcək.
- Diniyev oynadı, komandası heç-heçə etdi
- “Mançester Siti” ÇL tarixinə düşdü
- “Karvan-Yevlax”dan ayrıldı, Azərbaycanda qaldı - LEGİONERİN TALEYİ BƏLLİ OLDU
- Zubir: “Onların ardıcıl çempionluğu heç kim üçün təəccüblü olmayacaq”
- Paris-2024-də koronavirus skandalı: İdmançılarımızın səhhəti necədir? - Eksklüziv