Aziz Yıldırımdan qızına 2 milyardlıq hədiyyə
12.06.2026 - 21:41
“Fənərbaxça”nın prezidenti Aziz Yıldırımın qızı Yaz Yıldırım üçün inşa etdirdiyi super yaxta suya endirilib.
Apasport.az xəbər verir ki, “Queen Yaz” adı verilən yaxtanın uzunluğu 50,2 metrdir.
Super yaxtanın adının Aziz Yıldırımın qızı Yaz Yıldırımdan götürüldüyü bildirilib.
Türkiyə mətbuatında yayılan məlumata görə, lüks yaxtanın dəyərinin təxminən 2 milyard TL olduğu iddia edilib.
Qeyd edək ki, Aziz Yıldırım 1998–2018-ci illərdə “Fənərbaxça”ya rəhbərlik edib. O, bu il keçirilən növbədənkənar seçkidə Hakan Safini məğlub edərək yenidən klub prezidenti seçilib.
- “V Neftçili Yay Futbol Düşərgəsi” layihəsinə start verdi - FOTOLENT
- Prezident və Mehriban Əliyevadan İrəvanda çempion olan Nuray Güngörə təbrik
- Türkiyə millisinin üzvü “Roma”dan ayrıla bilər
- Valdas Dambrauskas: “Öz kimliyimiz, öz tərzimiz yaranıb”
- La Liqada 2025/26 mövsümünün start tarixi məlum olub
0
0