Bakıda qol buraxdı, tarixə düşdü
17.11.2025 - 12:18
Fransa yığmasının qapıçısı Luka Şevalye ölkəsinin tarixinə düşüb.
Apasport.az xəbər verir ki, 24 yaşlı qolkiper yığmada debüt oyununda ən tez qol buraxan ikinci qapıçı olub.
Şevalye Azərbaycan millisi ilə matçda 4-cü dəqiqədə qapısında top görüb.
Sonuncu dəfə 1935-ci ildə Rene Lyense millidə debüt oyununda italyanlardan 4-cü dəqiqədə qol buraxmışdı.
Bakıda keçirilən Azərbaycan – Fransa oyunu qonaqların qələbəsiylə başa çatıb – 3:1.
- Avropa nəhənglərinin Kvaratsxeliya arzusu
- “Araz-Naxçıvan”ın transfer planı - Özəl
- Superliqada yeni qaydalar – VAR-ın səlahiyyəti genişləndirildi
- “Gəncə”dən ev qələbəsi
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar - YENİLƏNİB
0
0