Mario Balotelli karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə insayder Canluka Di Marzio məlumat yayıb.
Onun sözlərinə görə, 35 yaşlı italiyalı hücumçu “Əl-İttifaq” klubu ilə 2,5 illik müqavilə imzalayacaq.
Hazırda “Əl-İttifaq” BƏƏ çempionatının ikinci divizionunda sonuncu pillədə qərarlaşıb. Klub təcrübəli futbolçunun transferi ilə vəziyyəti yaxşılaşdırmaq niyyətindədir.
Balotellinin son klubu “Cenoa” olub. O, komandanı 2025-ci ilin yayında tərk edib. Hücumçu 2024/25 mövsümündə Genuya təmsilçisinin heyətində 6 oyunda meydana çıxsa da, məhsuldar göstəricilərlə yadda qalmayıb.
Qeyd edək ki, Mario Balotelli karyerası ərzində “İnter”, “Mançester Siti”, “Milan”, “Liverpul”, “Marsel”, “Nitsa”, “Breşiya”, “Monza”, “Sion” və “Adana Demirspor” kimi klublarda forma geyinib.
- "Arsenal"ın idman direktoru Ferdi Kadıoğlunu izləyib
- İqor Ponomaryov: “Yerli məşqçi gətiririksə, ona güvənməli və şans verməliyik” - MÜSAHİBƏ
- “Qəbələ” Albaniya millisinin hücumçusu ilə maraqlanır
- Əliyar Ağayev Yunanıstan klublarına 11 sarı vərəqə göstərdi
- Vasili Berezutski: “Sadəcə demək istəyirdim ki…”