“Barsa” almaniyalı məşqçi ilə müqavilə yeniləyib - RƏSMİ
21.05.2025 - 23:26

İspaniya La Liqası təmsilçilərindən "Barselona" baş məşqçisi Hans-Diter Fliklə yeni müqavilə imzalayıb.
Apasport.az xəbər verir ki, bu barədə kataloniyalıların mətbuat xidməti məlumat yayıb.
"Barselona" almaniyalı mütəxəssislə 2026-cı ilin yayında başa çatacaq sözləşməni daha bir il müddətinə uzadıb.
Qeyd edək ki, Flik ötən ilin iyulundan "Barsa"ya rəhbərlik edir. O, bu mövsüm La Liqa, ölkə kuboku və superkubokunu qazanıb.
0
0